Qusarda tapdığı silahı satmaq istəyən şəxs tutulub. Bu barədə ShimalNews 8 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş rayon sakini Teymur Ağaməmmədov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, onun 1 patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.