Qusar sakini narkotik üstündə saxlanılıb. ShimalNews bu barədə 2 mart tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə narkotikin qanunsuz dövriyyəsini təşkil edən rayon sakini Ruslan Əzizov tutulub. Onun üzərində metamfetamin aşkarlanıb.
Cinayət işi başlanılıb. Məhkəmə Ruslan Əzizov barəsində həbs qətimkan tədbiri seçib.