Qusarda saxlanılan şəxsdən 3,5 kiloqram narkotik aşkarlanıb. Bu barədə ShimalNews 16 yanvar tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Nəticədə narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.
Həmin şəxsin üzərindən 3.2 kq narkotik vasitə olan marixuana və 300 qr-dan artıq heroin aşkar olunaraq götürülüb.
Məhkəmənin qərarı ilə Elvin Kərimov həbs olunub.