Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun hökmdən verdiyi kassasiya şikayətinə baxılıb. Bu barədə ShimalNews 14 dekabr tarixində məlumat verir.
Ali Məhkəmə bəraət hökmünün çıxarılmasını təmin etməyib. Oncə qərara alınan 7 il həbs hökmü qüvvədə qalıb.
Hadisə 2021-ci ildə baş verib. Təqsirləndirilən 2000 manat pul vəsaiti tələb edib, onun 1000 manat məbləğini xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb. Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib.