Qusarın icra başçısı Şair Alxasov Yeni Həyat kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 20 aprel tarixində RİH-yə istinadən xəbər verir.
Görüşdə RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər.
Sakinlər içməli su üçün bir ədəd artezian quyusunun qazılmasını, təbii qazın təzyiqinin artırılmasını, kənd yolunun təmir olunmasını və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Qaldırılan məsələlərin bir qisminə müvafiq izahat verilmiş, digərlərinin həlli aidiyyəti qurumlara tapşırılmışdır.