Qusarda narkomaniya əleyhinə tədbir keçirilib. Bu haqda 25 aprel tarixində ShimalNews məlumat verir.
Tədbir Qalacıq kənd tam orta məktəbində baş tutub. Görüşdə “Gəncliyimizi narkomaniyadan qoruyaq”, "Erkən nikah və onun fəsadları" mövzularında şagirdlərlə müzakirələr aparılıb. RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Mövlud Əliyev narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışıb.
RPŞ-nin əməkdaşları, icra hakimiyyəti və mərkəzi xəstəxananın nümayəndələri, məktəbin pedaqoji heyəti, yuxarı sinif şagirdləri söhbətdə iştirak ediblər.
Daha sonra RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev şagirdlərə erkən nikahın fəsadlarından bəhs edərək, onlara öz hüquqlarını bir daha izah edib.