Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, bir sıra idarə və müəssisələrin rəhbərləri sakinlərlə görüşüblər. Bu barədə ShimalNews 21 fevral tarixində məlumat verir.
Səyyar qəbulda sakinlər internet sürətinin zəif olması, kənddaxili yolların təmiri, poçt məntəqəsinin bərpası, örüş sahələrindən istifadə və digər məsələləri qaldırmışlar.
Onlara müvafiq izahat verilib, çətinliklərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərləri tapşırıqlar aliblar.