Qusarda Prezident seçkilərinə start verilib. Bu haqda ShimalNews 7 fevral tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Ölkə ərazisində seçki məntəqələri səhər saat 08:00-da açılıb. 61 saylı Qusar dairəsində 65 məntəqə üzrə 52290 nəfər seçici seçkilərdə iştirak edəcək. Prosesi yerli və beynəlxalq müşahidəçilər izləyirlər.
Səsvermə saat 19:00-da bitəcək.