Qusar rayonunda yanğın nəticəsində 2 ton ot bağlaması yanıb. Bu haqda ShimalNews 16 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Köhnə Xudat kəndində baş verib. Ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan bağlamalar kül olub.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Onlar alovu söndürərək 4 ton ot bağlamasını yanğından mühafizə ediblər.