Qusar Qadın Resurs Mərkəzində “Kompüter bacarıqları” təliminə start verilib. Bu haqda ShimalNews 9 yanvar tarixində məlumat verir.
Dərslər 3 ay müddətində nəzərdə tutulub. Təlimlər zamanı qadınlara “MS Office” proqramları ilə yanaşı, digər proqramlar da öyrədiləcək.
Sona qədər iştirak edən və uğurlu nəticələr əldə edənlərə sertifikat verilməsi nəzərdə tutulub.