Qusarda "İdman ruhun qidasıdır" adlı inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Bu haqda ShimalNews 4 mart tarixində məlumat verir.
İnşa yazı müsabiqəsində Qusar rayon İmamqulukənd tam orta məktəbinin şagirdi Məhəmmədova Süraya 1-ci yerə, Qusar şəhər 6 saylı tam orta məktəbin şagirdi Koroğluyeva Aysu 2-ci yerə, Qusar şəhər 5 saylı tam orta məktəbin şagirdi Səyidova Alina 3-cü yerə layiq görülüblər. Müsabiqədə qalib gəlmiş şagirdlər diplom və medallarla mükafatlandırılıblar.