Qusar rayonunda sahəsi 600 kv.m olan tövlə alışıb. Bu haqda ShimalNews 13 fevral tarixində xəbər verir.
Hadisə Hil kəndində olub. Tikilinin içərisinə yığılan 9 ton ot bağlaması yanıb. Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin içərisinə yığılmış buğda yanğından mühafizə olunub.