Qusarda yerləşən “Samur” Gömrük Postunun idxal nəzarət xəttində güclü təsir edən maddə, avtomobil ehtiyat hissələri, dərman vasitələri aşkar edilib. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.
Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə yük nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən 140 kapsul “Tramadol 50mg” və 25 ampul “Tramadol”, həmçinin “LADA” markalı avtomobillərə aid 85 ədəd ehtiyat hissəsi və 90 ədəd mühərrik aşkar edilib.
Eləcə də digər 2 nəqliyyat vasitəsindən bəyan olunmayan 320 ədəd kosmetik vasitə, 24.000 ədəd siqaret, 3.523 qutu dərman vasitəsi aşkar olunub.
Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.