Qusar kəndinin adında dəyişiklik baş verib. Bu haqda ShimalNews 18 noyabr tarixində Real TV-yə istinadən məlumat verir.
Əvəcuq kəndi rəsmən indi “Əvəcük” adlandırılır. İcra hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov bununla bağlı açıqlama verib. O bildirib ki, 2018-ci ildən Milli Məclisin aparatı tərəfindən tərtib edilən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü təsnifatında kəndin adı “Əvəcük” göstərilib. Yaxın zamanda kəndin ərazisində yerləşdirilən lövhələrin dəyişdiriləcəyi gözlənilir.