Qusar rayonunda “Buzadırmanma Festivalı-2024” keçirilməsi planlaşdırılır. Bu haqda ShimalNews 18 yanvar tarixində Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.
Tədbirin fevralın 17-18-i Laza kəndində Qoşa şəlalə və Suvar donmuş şəlalələrində təşkil edilməsi gözlənilir. Festival 14 yaşdan yuxarı fərdi idmançıların və idman klublarının iştirakı ilə nəzərdə tutulub.
İştirak etmək üçün Leyla Əliyevaya - (55) 401 98 88 nömrəsinə və ya [email protected] e-mail ünvanına müraciət etmək olar.
Festival Azərbaycanda qış olimpiya idman növünə namizəd olan buzadırmanmanı inkişaf etdirmək, yeniyetmə və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək məqsədini daşıyır.