Qusarda uşaqlar üçün yeni tamaşa təqdim edilib. Bu haqda ShimalNews 12 mart tarixində “Azərtac”a istinadən məlumat verir.
Novruz bayramı ərəfəsində Dövlət Ləzgi Dram Teatrı balaca teatrsevərlərə “Saçları səməni oğlan” tamaşasını göstəriblər. Qusar Mədəniyyət Sarayında baş tutan tədbir üçün Novruz atributları ilə zəngin səhnə dekorasiyası qurulub. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
“Saçları səməni oğlan”ın nümayişi sabah da olacaq.