“Məlikməmməd” tamaşası Qusar rayonunda nümayiş edilib. Bu haqda 25 aprel tarixində ShimalNews Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Əsər Ləzgi Dram Teatrının səhnəsində Dövlət Kukla Teatrının kuklaçıları tərəfindən təqdim edilib. Tamaşa eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanıb. Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimizlə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.