Qubada telefon və internet xətlərinin çəkilişi davam edir. Bu barədə ShimalNews 27 iyul tarixində məlumat verir.
İşlər “Aztelekom” MMC-nin əməkdaşları tərəfindən Qəçrəş kəndində görülür. Hal-hazırda burada rabitə xətlərinin çəkilişi aparılır. Prosesin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub.
Ötən il adıçəkilən ərazidə işlərin başlanılması haqqında xəbər vermişdik.