“Quba Telekommunikasiya Qovşağı” əhalinin internetlə təmin olunma istiqamətində işlər aparılır. Bu barədə ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.

Qəçrəş kəndində ucqar ərazilərədək yeni dirəklər quraşdırılır. Yaxın zamanda kabelləşmə işləri aparılacaq. Bununla sakinlərin mənzilləri ev telefonu xətti ilə təmin olunacaq. Həmçinin, optik internet kabellərin çəkilməsi planlaşdırılıb.

Daha öncə, Qubada Aztelecom tərəfindən yeni internet kabellərin çəkilməsi üzrə işlərə start verilməsi haqqında məlumat vermişdik.