Quba rayonunda fevralın 7-də səhər saat 8:00-da prezident seçkiləri başlayıb. Bu haqda ShimalNews 7 fevral tarixində məlumat verir.
37 saylı məntəqədə keçirilən seçkilərdə seçici fəallığı müşahidə edilir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10.00-a olan məlumata əsasən, seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyini bildirib.