Qubanın Küçeyi kənd qəbiristanlığında dəfn olunan 20 Yanvar şəhidi Elçin Qeybullayevin qəbirüstü abidəsi təmir edilib. Bu barədə ShimalNews 10 yanvar tarixində “Bizim.Media”ya istinadən xəbər verir.
Şəhidin bacısı Samirə Şirinova Quba rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı məlumat vermişdi. Qurum qəbirüstü abidənin mərhumun ildönümünə, yəni yanvarın 20-dək bərpa olunacağını bildirib. Artıq bərpa işləri yekunlaşıb.
Ehtimal edilir ki, dağıntı güclü külək səbəbindən baş vermişdir.