top
Qubada qayınana gəlinini boğub öldürüb - TƏFƏRRÜATLAR
14 aprel 2023, 09:58
- ↺ +

Qubada qayınana gəlinini boğub öldürüb - TƏFƏRRÜATLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda gəlinini qətlə yetirməkdə təqsirli bilinən qayınananın cinayət işi üzrə təfərrüatlar məlum olub. Bu barədə ShimalNews 14 aprel tarixində Ölkə.az-a istinadən məlumat verir.

Hadisə rayonun Vəlvələ kəndində baş verib. 50 yaşlı Rəhilə Əliyeva evində münaqişə zəminində gəlini Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirib. Qatil Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Rəhilə Əliyeva rayon prokurorluğunda ifadə verib. O bildirib ki, oğlu İlqar Bakıda Nazilə ilə tanış olub və evlənib. Gəlin onlarla yaşadığı dövrdə heç bir səbəb olmadan qayınana, qızları və oğlu ilə dava edib, ləyaqatlərini alçaldıb.

Bir neçə dəfə Nazilə Ağarzayeva qayınanasını döydüyünə görə məhkəmə tərəfindən cərimə ilə cəzalandırılıb.

Sentyabrın 8-i axşam saat 21:00 radələrində Nazilə evə gəlib qapıya təpiklə vurub, Rəhilə və qızlarının ünvanına söyüşlər söyərək yaşadığı otağın qapısının açarını istəyib. Ona açarların onun özündə olduğu bildirilib. N.Ağarzayeva bundan sonra öz otağının qapısına da bir neçə dəfə təpiklə zərbələr vurub. Bunu görən Rəhilə gəlinindən qapını sındırmamağı xahiş edəndə Nazilə təpiklə onun qarnından vuraraq, "pozğun küçə qadını" adlandırıb.

Gəlininin davaya meyilli olmağını bilən Rəhilə ona cavab qaytarmayıb. Həyətə çıxdıqdan az sonra Nazilə yenə evə daxil olub, onun "qızları ilə birlikdə pozğunluqla məşğul olduğunu" deyərək təhqir edib.

Rəhilə artıq buna dözə bilməyib və gəlinini saçlarından tutub və dartıb. Bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən dişləyib və boğmağa başlayıb. Nazilə yerə yıxılıb, çantasından bıçaq götürüb. Bunu görən R.Əliyeva ayağı ilə onun silah olan qolunu basıb, yerə sıxıb.

Daha sonra Rəhilə əynindəki paltarın belindəki kəmərini açıb, Nazilənin boğazına sarıyıb və sıxıb. Bir neçə dəqiqə belə vəziyyətdə saxladıqdan sonra isə kəməri buraxıb və mərhumun üstündən qalxaraq həyətə çıxıb.

R.Əliyeva bildirib ki, təxminən 15 dəqiqə həyətdə dayanıb, öz gələcəyini fikirləşərək ağlayıb. Özünə gəldikdən sonra könüllü olaraq polisə getmək qərarına gəlib.

Məhkəmədə Rəhilə ittiham üzrə özünü qismən təqsirli bilib. Ona 11 il 3 ay iş kəsilib.
[caption id="attachment_39749" align="alignnone" width="640"]Qubada qayınana gəlinini boğub öldürüb Foto açıq mənbələrdən[/caption]

[caption id="attachment_39748" align="alignnone" width="640"]Qubada qayınana gəlinini boğub öldürüb Foto açıq mənbələrdən[/caption]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Oxşar xəbərlər