Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba rayonu ərazisində qanunsuz yolla edilən ağac kömürü istehsalına qarşı yoxlamalar keçiriblər. Bu barədə ShimalNews 13 mart tarixində məlumat verir.
Nəzarət tədbirləri zamanı Möhüc kənd sakinləri Şamil Şükürov, Elşən Mirzəliyev, Tülər kənd sakini Eldəniz Nurullayev və Rustov kənd sakini Ruslan Hacınəbiyevin qanunu pozduqları müəyyən edilib.
Faktlarla bağlı həmin şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.