top
Qubada qadının başına külqabı çarpan şəxs həbs edilib
19 yanvar 2024, 16:20
- ↺ +

Qubada qadının başına külqabı çarpan şəxs həbs edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada çaydanın lüləyinə görə qadına qarşı xuliqanlıq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bu haqda ShimalNews 19 yanvar tarixində “Publika.az”a istinadən məlumat verir.

Hadisə törədən 46 yaşlı Elvin Abduləzizov (adlar şərtidir) sərxoş halda çay evinə gəldiyini danışıb:

“Axşam saatlarında Timiryazev qəsəbəsindəki “480” adlı çay evinə gedib, 5-6 bakal pivə qəbul eləmişdim. Sonra çay sifariş etdim. Bu zaman Nəzirə stola yaxınlaşıb çayniki masanın üzərinə qoydu, çaynikin lüləsini mənə tərəf çevirdi. Mən də Nəzirəyə: “çaynikin lüləsini mənə tərəf qoyma”,- dedim. Nəzirə heç nə demədən masadan uzaqlaşıb getdi. Həmin gün axşam saatlarında çay evini işlədən Aynur adlı xanıma "whatsap"la ismarıc yazıb, bundan sonra mənə Nəzirənin deyil, Ayan adlı işçinin qulluq eləməsini dedim. Bundan 1 gün sonra yenidən çay evinə getdim, 2-3 bakal pivə içdim, bir qədər oturduqdan sonra tanımadığım şəxslərin təklifinə əsasən, onların masasına əyləşdim, onlarla spirtli içki qəbul etdim. Həmin gün saat 17 radələrində işim olduğundan kafedən çıxıb getdim. Bir qədər keçdikdən sonra Aynur mənimlə əlaqə saxlayaraq bayaq yanında oturduğum şəxslərin hesabını mənim ödəməli olacağımı deyərək getdiklərini bildirdi. 15-20 dəqiqə sonra həmin çay evinə qayıtdım. Bir qədər sonra Nəzirə çay gətirdi, çayniki masanın üzərinə qoydu, lüləsini yenə də mənə tərəf çevirdi. Nəzirədən: “çayı Ayanın gətirməyini istəmişdim. Sən niyə mənim stoluma qulluq edirsən?”- deyə soruşdum. O da cavabında: “Ayan başqa stola baxır, ona görə mən qulluq edirəm”,- dedi. Ona: “dünən sənə demişdim axı çaynikin lüləsini mənə tərəf qoyma”,- dedim. Nəzirə da qışqırıb: “mən vorzakon deyiləm, avtoritet deyiləm, mən nə bilim çayniki sən tərəfə qoymaq nə deməkdir”,- dedi”.

Bundan sonra tərəflər arasında münaqişə olub və çoxsaylı müştərilərin gözü qarşısında Elvin masadakı külqabını götürərək Nəzirənin başına çarpıb və ona xəsarət yetirib.

Hadisə ilə bağlı açılmış cinayət işinə bu ilin yanvarında Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 2 il 5 ay müddətinə azadlıqdan  məhrum edilib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:48

Qubanın bu kəndində subartezian quyusu işlək vəziyyətə gətirildi

Cəmiyyət
Bu gün, 15:48

Şəki və Qaxın qazlaşdırılmayan kəndləri Milli Məclisdə müzakirə olunub

İdman
Bu gün, 15:36

"Şahdağ Qusar" meydanda gözləyir, "Mingəçevir" oyuna çıxmayıb

Cəmiyyət
Bu gün, 14:58

Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət
Bu gün, 14:35

Energetika naziri Şimalda 7 rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
Bu gün, 13:46

Qusarda bu küçə asfaltlandı

Hadisə
Bu gün, 13:05

"Şəki Yaylası"nın fəaliyyəti dayandırılıb: "İlin sonunda açıla bilər"

Cəmiyyət
Bu gün, 12:20

Həbsdə olan sabiq icra başçısının qızı yenidən hakim təyin edilib

Hadisə
Bu gün, 11:30

Şabranda ət satışı məntəqəsinin fəaliyyəti dayandırıldı

Hadisə
Bu gün, 10:56

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

Cəmiyyət
Bu gün, 10:29

Xaçmazda köhnə piyada körpüsünün bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Cəmiyyət
Bu gün, 09:29

Xaçmaz Zəfər Gününə hazırlaşır

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Dünən, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Dünən, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Dünən, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Dünən, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Dünən, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Dünən, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Dünən, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Dünən, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Dünən, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Oxşar xəbərlər