Quba rayon sakini dələduzluq üstündə saxlanılıb. Bu haqda ShimalNews 24 may tarixində məlumat verir.
Xəlil Əhmədov K.Salahovanın 1000 (min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəlidir.
Polisə daxil olan müraciət əsasında əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.