Uzun müddət qaraciyərlə bağlı əziyyət çəkən Quba sakini Faiq Nəsrullayev dövlət hesabına transplantasiya əməliyyatı keçirib. Bu haqda ShimalNews 11 iyun tarixində məlumat verir.
Böyük maddiyyat tələb edildiyinə görə, bu günədək müalicə mümkün olmayıb. İcbari tibbi sığorta ilə çətinlik aradan qaldırılıb.
Faiq bildirib ki, bir çox qohumlar donor olmaq istəyirdilər, lakin onun həyat yoldaşı bunu öz üzərinə götürdü:
“Mən heç kimə razılıq verməyəcəyəm, özüm donor olacağam”, – deyə qadın həkimə bildirmişdi.
İki ay çəkən müalicədən sonra F.Nəsrullayev Bakıdan Qubaya qayıdıb və iş fəaliyyətinə başlayıb.
[video width="640" height="360" mp4="https://shimal.news/storage/photos/2024/06/448157549_1132855554589068_5632503994374035546_n.mp4"][/video]