top
Qubada qaçırılan qızın öldüyü qəza üzrə məhkəmə bitib
28 fevral 2024, 15:30
- ↺ +

Qubada qaçırılan qızın öldüyü qəza üzrə məhkəmə bitib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonu ərazisində 23 yaşlı qızın ölümü ilə nəticələnən qəza ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub. Bu barədə ShimalNews 28 fevral tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.

Ötən ilin sentyabr ayında  2 nəfər tərəfindən qaçırılan və avtomobilin körpüdən aşması nəticəsində dünyasını dəyişən İnci Səfərli haqqında xəbər vermişdik.

Qəzanı törədən 22 yaşlı sürücü Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Ona 4 il müddətinə azadlıqdan məhrumetmə və 2 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. Cəzasının məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.

Məlumatda bildirilir ki, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan Nihat və Bakıda akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində tibb bacısı işləyən İnci evlənmək qərarına gəliblər. Lakin qızın ailəsi bu izdivaca razı olmayıb və onu Quba rayon Təngəaltı kəndində yaşayan qohumlarının evinə göndəriblər.

Hadisə də Nihat dostu İlhamla birgə Qubaya gedib İncini qaçırarkən baş verib:

“Sentyabrın 4-ü axşam saatlarında Bakıda dostum Nihat Nəsirovla görüşdük. Nihat İnci adlı qızla münasibətəri olduğunu, lakin qarşı tərəfin valideynlərinin narazı olduğunu dedi. Bir qədər sonra Nihat İncini Quba rayonundan qaçırmağı təklif etdi.

İnci “whatsap”la olduğu yerin məkan məlumatını göndərdikdən sonra Nihatın idarə etdiyi “Hyundai Matrix” markalı avtomobillə Qubaya getdik. Təngəaltı kəndinə çatdıqdan sonra İncinin olduğu məhəllədə dayandıq. Bu zaman tanımadığımız şəxs avtomobilə yaxınlaşaraq dayanmağımızın səbəbini soruşdu. Nihat həmin şəxsə nişanlısı İncini aparması üçün gəldiyini bildirdi. Həmin şəxs onlardan uzaqlaşaraq divarın dibində oturdu, bir qədər sonra İnci evdən çıxaraq gəlib maşına əyləşdi. Biz yola düşdükdən sonra adını bilmədiyimiz həmin şəxs öz avtomobili ilə bizi təqib etməyə başladı. Həmin şəxsdən uzaqlaşmaq üçün Nihat maşını yüksək sürətlə, yəni 140-150 km/saat sürətlə idarə etməyə başladı. Bir qədər getdikdən sonra avtomobil ani olaraq yoldan çıxıb, çayın dərəsinə aşdı. Sonra huşumu itirmişəm və xəstəxanada özümə gəlmişəm”, - deyə İlham bildirib.

İnci Səfərlinin anası məhkəmədəki ifadəsində bildirib ki, Nihatın ailəsi hadisədən 1 ay əvvəl onunla əlaqə saxlayıb:

“Qızım Topçubaşov adına xəstəxanada tibb bacısı işləyirdi. 2023-cü ilin iyununda mənə Nihat adlı şəxsdən xoşunun gəlməsini bildirmişdi. Bundan bir ay sonra Nihatın anası zəng edərək, onların münasibətləri barədə bildirdi. Oğlanın anasına bu işdən xəbərimin olduğunu, lakin Nihatın heç yerdə işləmədiyini, işə düzələcəyi halda elçi gələ biləcəklərini dedim. Avqustun 23-ü qızımı Qubaya göndərdik. Sentyabrın 5-i gecə saat 3-də hadisə baş verib. Nihatla bağlı heç bir şikayət və tələbim yoxdur”.

 

Son xəbərlər

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Dünən, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Dünən, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Dünən, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Dünən, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Dünən, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Dünən, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Dünən, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Dünən, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Dünən, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Hadisə
Dünən, 11:58

Şəki gimnaziyasında 50 min manatdan çox mənimsəmə iddiası

Cəmiyyət
Dünən, 11:16

Qusarın 3 kəndi qazlaşdırılır

Hadisə
Dünən, 10:30

Şəkidəki qəzada ölən 24 yaşlı gənc bu yaxınlarda ata olubmuş - FOTO

Cəmiyyət
Dünən, 09:30

FHN-də yeni təyinat: Rövşən Nəbiyev Qəbələyə göndərildi

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
02 noyabr 2026, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
02 noyabr 2026, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
02 noyabr 2026, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
02 noyabr 2026, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
02 noyabr 2026, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
02 noyabr 2026, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
02 noyabr 2026, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Oxşar xəbərlər