Qırmızı Qəsəbə “Ağsaqqallar klubu”nda yəhudi xalqının Pesax bayramı ilə əlaqədar tədbir keçirilib. Bu barədə ShimalNews 11 aprel tarixində Quba RİH-yə istinadən məlumat verir.
Tədbirdə icra başçısı Ziyəddin Əliyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.