Qubanın Talabiqışlaq kəndində yerləşən evlərin birində partlayış baş verib. Bu barədə ShimalNews 28 fevral tarixində xəbər verir.
Daxil olan məlumata əsasən, hadisə fevralın 27-si saat 8:30 radələrində qeydə alınıb. Nəticədə xəsarət alanlar - 35 yaşlı Humay Əliyeva və onun 15 yaşlı qızı Şükran Atayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Hazırda ana və qızı Quba Müalicə-Diaqnostika Mərkəzinin Travmatoloji şöbəsində stasionar müalicə alırlar.
Ş. Atayevaya üzün, döş qəfəsinin ön səthinin, kürəyinin, hər iki əlinin 1-2 dərəcəli yanığı, H. Əliyevaya əllərin yanığı diaqnozu qoyulub.