Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin qarşısında “Oxu bayramı” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 13 iyun tarixində məlumat verir.
Tədbirdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Onlar kitab və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Uşaqlar musiqi alətlərində çıxış edib və nəğmələr ifa ediblər.