Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda interaktiv təlim keçirilib. Bu haqda ShimalNews 15 aprel tarixində RİH-yə istinadən məlumat verir.
İcra Hakimiyyətinin akt zalında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar tədbir keçirilib.