Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbdə Rəqəmsal Bacarıqlar fənninin yekun hesabat tədbiri keçirilib. Bu barədə ShimalNews 13 iyun tarixində məlumat verir.
Tədbirin bədii hissəsində şagirdlər üçün xüsusi olaraq, Robot şou təşkil olunub. Burada rayon üzrə digər təhsil müəssisələrinin şagirdləri də iştirak ediblər.
Məktəblilərin il ərzində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək və onların yaradıcı fəaliyyətlərini göstərmək üçün müsabiqə keçirilib. İştirakçılara “Kahoot” platforması üzərindən suallar verilərək qaliblər seçilib.
“Kahoot” platforması əyləncəli və cəlbedici şəkildə öyrənməyə imkan verən interaktiv onlayn təhsil platformasıdır.
[video width="640" height="360" mp4="https://shimal.news/storage/photos/2024/06/448214910_452764110698855_4136197296878646235_n.mp4"][/video]