Qubada "Hazır büdcə mühasibi" layihəsinə start verilir. Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Layihə 2 ay müddətində davam edəcək. Büdcə təşkilatlarında mühasib olmaq istəyən, maliyyə və mühasibatlıq sahəsi üzrə təhsil alan sonuncu kurs bakalavr, magistr və məzunlar bu fürsətdən yararlana bilərlər.
GİKM və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşkilatçılığı ilə layihə həyata keçiriləcək.
Təlim günləri və saatı: II və V günlər saat 15:00-17:00.
Görüş "Zoom" platforması vasitəsi ilə keçiriləcək.
Qeydiyyat üçün link: shorturl.at/ftA59
Son müraciət tarixi: 30 sentyabr 2021-ci il.