Quba şəhərinin General Əsədov küçəsində kişi meyiti aşkar edilib. Bu haqda ShimalNews 13 fevral tarixində məlumat verir.
Mərdan Tahirov yaşadığı evin pilləkənindən özünü asaraq intihar edib. Faktla bağlı prokurorluq araşdırma aparır.
İlkin məlumata görə, mərhum həyat yoldaşından ayrılıb. Övladlarını görə bilməməsi onda psixoloji gərginlik yaradıb.