Qubada şəhid ailələrini, qaziləri, fiziki məhdudiyyətliləri aldadan şəxs həbs edilib. Bu haqda ShimalNews 24 fevral tarixində “Apa”ya istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şaiq Haşımov saxlanılıb.
Qubada müvəqqəti kirayə mənzildə yaşayan şəxs vətəndaşlara problemlərinin həllinə dair vədlər verərək onlara ümumilikdə 20.100 manat ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Haşımovun barəsində həbs qətimkan tədbiri seçilib.
Daha öncə Əməkdar artist Aybəniz Haşımovanın qardaşı haqda məlumat vermişdik.