Bu gün Qubada “Təbiəti sevək, qoruyaq!” adlı maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 4 iyul tarixində məlumat verir.
Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Yaşıl Dünya Naminə Həmrəylik ili" münasibəti ilə baş tutub.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının uşaq şöbəsində gənclərə təbiətə sevgi aşılanıb. Eləcə də kitab və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.