top
Qubada ər-arvad davası cinayətlə nəticələndi
14 yanvar 2026, 12:50
- +

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Quba rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən il sentyabrın 10-da Quba şəhərinin Gənclər küçəsində baş verib. 1978-ci il təvəllüdlü Əhliman həmin gün saat 16 radələrində yaşadıqları məhəllədə idarə etdiyi "Toyota Prius" markalı nəqliyyat vasitəsinin salonunda aralarında yaranan mübahisə zamanı həyat yoldaşı İradənin (adlar şərtidir - red.) üz nahiyəsinə yumruq, sol ayaq nahiyəsinə isə təpiklə zərbələr endirib.

Hadisəni törədən Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, barəsində şikayət edən zərərçəkmiş İradə onun həyat yoldaşıdır:

"Biz 10 ilə yaxın müddətdir evliyik, iki övladımız var. Bu vaxta qədər həyat yoldaşımla aramızda hər hansı xoşagəlməz hal baş verməyib. Sadəcə son zamanlar maddi vəziyyətim yaxşı olmadığı üçün tez-tez mübahisələrimiz yaranıb. Hadisə günü saat təqribən 16 radələrində idarə etdiyim nəqliyyat vasitəsi ilə yaşadığım evin qarşısında olarkən həyat yoldaşımla aramızda şəxsi münasibətlər zəminində mübahisə yarandı. Mübahisə zamanı onun sol qol nahiyəsindən tutaraq sıxdım. Həmin vaxt İradə qışqırdığı üçün onun ağız nahiyəsindən yumruq zərbəsi ilə vurdum. Daha sonra onun sakitləşmədiyini gördüm və maşından düşməsi üçün şərait yaratdım".

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 20:00

Ramazan ayının 22-ci gününün imsak, iftar və namaz vaxtları

Cəmiyyət
Dünən, 18:00

Sabah Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 17:07

Çala-çuxurlu Qəçrəş yolu

İqtisadiyyat
Dünən, 16:10

Qaxda fındıq bağları damcı-damcı suvarılır

Cəmiyyət
Dünən, 15:10

Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi dəstəklənib

İdman
Dünən, 14:14

"Şamaxı" yeni futbolçu transfer edib

Cəmiyyət
Dünən, 13:27

IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib

Cəmiyyət
Dünən, 12:30

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 11:40

Balakəndə 200 məktəbli velosiped yarışına qatılıb

Hadisə
Dünən, 10:58

Ödənişli yolda faciə: Ölən də naməlumdur, vuran da

Cəmiyyət
Dünən, 10:30

Qubalı şəhidin doğum günüdür

Cəmiyyət
Dünən, 09:27

Qubanın bu kəndlərinin adları dəyişdiriləcək

Cəmiyyət
10 mart 2026, 20:00

Ramazan ayının 21-ci gününün imsak, iftar və namaz vaxtları

İqtisadiyyat
10 mart 2026, 17:45

1500 tibb işçisi maaş gözləyir: Quba RMX-də nə baş verir?

Hadisə
10 mart 2026, 17:00

"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırıldı

Kriminal
10 mart 2026, 16:41

Balakəndə şadlıq sarayında qanlı dava – Ali Məhkəmədən qərar

İdman
10 mart 2026, 16:26

"Şahdağ Qusar" 6510 manat cərimələndi

Cəmiyyət
10 mart 2026, 15:54

Xaçmaz 2 saatdır işıqsız qalıb, işıqforlar da işləmir - VİDEO

Cəmiyyət
10 mart 2026, 14:50

Xudatda elektrik problemi: "4 stabilizatorum yandı"

Hadisə
10 mart 2026, 14:11

Xaçmazlı 8-ci sinif şagirdi VƏFAT ETDİ

Hadisə
10 mart 2026, 13:50

Ağsuda dələduzluq edən şəxs saxlanılıb

Hadisə
10 mart 2026, 13:10

Qubada 3 kiloqram marixuana müsadirə edildi

Kriminal
10 mart 2026, 12:22

Qubada 41 nəfəri müqaviləsiz işlədən direktor cəzalandırıldı

Faydalı
10 mart 2026, 11:32

Əsrlərin sənət ocağı – Lahıc qəsəbəsi

Oxşar xəbərlər