Qubada 67 ildir baharı birgə qarşılayıb yola salan cütlük Alpanda yaşayır. Onlar haqda ShimalNews 9 aprel tarixində “AzTV”yə istinadən məlumat verir.
İdris babanın 89, Zabiyyət nənənin isə 85 yaşı var. Onların 1957-ci ildə doğma kəndlərində 3 gün, 3 gecə toyları olub. Tale elə gətirib ki, ailənin övladı olmayıb. Lakin bu günədək həyatlarındakı eniş-yoxuşları birgə addımlamağı davam edir və xoş günlərə birdə qapı açırlar.
Ətraflı süjetdə: