Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Quba rayonunda nəzarət tədbirləri keçirib. Bu haqda ShimalNews 6 iyun tarixində məlumat verir.
Yoxlama zamanı çınqıl-qum qarışığının qanunsuz daşınması faktları aşkar olunub.
Müəyyən olunub ki, Vəlvələçay çayının ərazisində "AAPLUSA" MMC tərəfindən qanun pozuntusuna yol verilib.
Faktla bağlı müəssisənin icraçı direktoru Aydın Məmmədov barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.