Quba Rayon Mərkəzi Xəstəxanasında çənə sınığının açıq reduksiyası əməliyyatı icra olunub. Bu barədə ShimalNews 28 may tarixində məlumat verir.
Xəstəxanada 30 yaşlı pasiyent üzərində 3 saatdan cox davam edən əməliyyat uğurla başa çatıb.
Üz çənə cərrahı Vəlican Abasov, assistent rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədov xəstənin vəziyyətini qənaətbəxş hesab edirlər.