Qubada “Shokki Mokki” və “Vuvuzela Media” azyaşlılar üçün bu gün əyləncəli tədbir təşkil edir. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
Tədbirə ətraf rayonlarda olan “Məktəbim” layihəsinin uşaqları da cəlb olunacaqlar. Festival şəklində keçirilməsi nəzərdə tutulan tədbirdə musiqili, öyrədici oyunlar, kuklalardan səhnəciklər və müxtəlif ustad dərsləri hazırlanıb.
Qonaqlar sırasında layihənin fəxri səfiri Fira Cəlilova, Aytac Qəmbərova və Zülfiyyə “Kitchen” olacaqlar.