Qubada “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilib. Bu haqda 18 aprel tarixində ShimalNews Milli Azərbaycan Tarixi Muzeyinə istinadən məlumat verir.
“18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilən tədbir Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. Seminarda çıxış edən L.Mustafayev məruzəsində arxeoloji irsin qorunub saxlanılmasından və arxeoloji tədqiqatların elmi əhəmiyyətindən danışıb.
Tədbir Tarix-Diyarşünaslıq Muzeyi və ADPU-nun birgə təşkilatçılığı ilə keçirilib.