Qubanın Zizik kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 7 mart tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Yüksək sürətlə idarə olunan “Toyota Prado” markalı avtomobil yaşayış evinin hasarı və darvazasına çarpılıb.
Bildirilir ki, xəsarət alan olduğuna görə, əraziyə təcili tibbi yardım avtomobili cəlb olunub.