Quba rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Bu barədə ShimalNews 4 iyun tarixində məlumat verir.
Tədbirdə şuranın sədr müavini Tahir Süleymanov, Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tariyel İbrahimov, Respublika Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqalar Şurasının üzvləri, şəhid ailə üzvləri və qazilər iştirak ediblər. Yaşlı nəslin təklif və istəkləri dinlənilib.