Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində tədbir keçirilib. Bu haqda ShimalNews 26 iyun tarixində məlumat verir.
26 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif ediliblər.
Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra konsert proqramı təşkil edilmişdir. Burada rayonumuzun mədəniyyət müəssisələrinin kollektivləri, eləcə də regionun müğənniləri musiqi nömrələri ilə çıxış ediblər.