top
Qubada 24 yaşlı qadının qətl anı telefona yazılıb
24 aprel 2024, 14:40
- ↺ +

Qubada 24 yaşlı qadının qətl anı telefona yazılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada həyat yoldaşını öldürən kişinin telefonunda “ölüm” adlı 1 saat 48 dəqiqə 43 saniyəlik səs yazısı tapılıb. Bu haqda ShimalNews 24 aprel tarixində “Publika.az”a istanadən xəbər verir.

Məlumata görə, istintaqla müəyyənləşdirilən səs yazısı 25 iyul 2023-cü il tarixdə gecə lentə alınıb. Həmin gün 26 yaşlı Rəşad qayınatasına məxsus evə gizli daxil olub. O, 24 yaşlı Rəvanəni amansızlıqla qətlə yetirib.

Səs yazılarında həmin şəxs arvadını yatmış vəziyyətdə öldürəcəyini, ürək nahiyəsindən zərbə endirəcəyini bildirir, sonra isə bıçaqla zərbələr endirir.

Bu zaman sağ çiyni üzərində yatmış Rəvanə yuxudan oyanaraq Rəşadın adını çəkir. Daha sonra qadının səsi kəsilir və ağlayan uşaq səsi gəlir. Bundan sonra qatil qışqıraraq evdə digər şəxsləri oyadır və arvadını qətlə yetirdiyini deyir.

Daha öncə hadisənin Qubanın Mahmudqışlaq kəndində baş verdiyi haqda xəbər dərc etmişdik.

Araşdırmalar zamanı məlum olub ki, Rəşad və Rəvanə arasında münasibətlər hadisədən bir neçə ay əvvəl pozulub. Qadın döyüldüyünə görə, ərindən şikayət edib və sonuncu həbs edilib.

Rəşad həbsdə olarkən Rəvanə atası evinə gedib. O, "TikTok" sosial şəbəkə vasitəsi ilə tanış olduğu Vüsal adlı şəxslə sevgi münasibətinə başlayıb. Onlar birgə Türkiyəyə istirahətə də gediblər.

Həbsdən çıxan Rəşad həyat yoldaşına əvvəlcə barışmağı təklif edib. Lakin sonra onu qətlə yetirmək qərarına gəlib. O, qayınatasının evdə olmadığı vaxt gecə saat 04 radələrində əməlini törədib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökm ilə təqsirləndirilən şəxsə 16 il 8 ay müddətə azadlıqdan mərhumetmə cəzası kəsilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:30

Qubada adı qalmaqalda hallanan polkovnik Qəbələdə yeni vəzifəyə təyin olunub

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Dünən, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Dünən, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Dünən, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Dünən, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Dünən, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Dünən, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Dünən, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Dünən, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
01 noyabr 2026, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Oxşar xəbərlər