Quba rayonunun Digah kəndi yaxınlığında bədbəxt hadisə baş verib. Bu haqda ShimalNews 4 iyun tarixində məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, süni göldə yeniyetmə batıb:
“İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci il təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.