Quba rayonunda ot bağlamasını söndürməyə yanğınsöndürənlər cəlb olunublar. Bu haqda ShimalNews 20 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Güləzi kəndində baş verib. Həyətyanı sahədə yığılan 25 ton ot bağlamasının 15 tonu yanıb.
Yanğın xilasedicilər tərəfindən söndürülüb.