Quba şəhərində qanvermə aksiyası keçiriləcək. Bu barədə ShimalNews 25 aprel tarixində məlumat verir.
Mərkəzi Qan Bankının Quba Bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcək.
Qanvermə aksiyası aprelin 28-i saat 09:00-dan başlayaraq saat 17:00-dək davam edəcək.
Mərkəzi Qan Bankı Fətəli xan küçəsi, 10 ünvanında yerləşir.