Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün təlimlər keçirilir. Bu haqda ShimalNews 30 dekabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə (RTİ) istinadən məlumat verir.
Tədbir çərçivəsində regionun ümumi təhsil müəssisələrində çalışan müəllimlər layihə yazılışını öyrənəcəklər. Təlim əyani formada öncədən elan olunmuş mərkəzdə və tarixdə təşkil olunacaq.
Təlimlərə yazılmaq üçün yanvarın 19-dək linkə daxil olaraq qeydiyyatdan keçmək mümkün olacaq.